“YUĞ” Dövlət Teatrı oktyabr ayı maraqlı tamaşalarla çıxış edəcək. Teatrdan SİA-ya bildirilib ki, sənət ocağının səhnəsində oktyabrın 5-də “Medeya Sekvensiya-001”, 6-da “Vəsvəsə”, 19-da isə O.Pamukun əsərləri əsasında “Mən ağacam” tamaşaları göstəriləcək.
Bundan başqa, oktyabrın 20-də “Müəmmalı bir qətlin üç versiyası”, 26-da “Lənət”, 27-də isə “Quş dili” tamaşaları nümayiş ediləcək.
Tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB