"Azərbaycanda olduğumuz müddətdə mədəniyyətimizlə yaxından tanışlıq olmaq imkanı qazandıq. Xalqınızın milli-mədəni irsinə bağlılığı bizi heyran edib. Azərbaycan Yazıçılar Birliyi ilə aramızda əlaqələrin inkişafı ürəkaçandır". SİA-nın məlumatına görə, bu sözləri Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov deyib.
Sədr əlavə edib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub: "Xalqlarımız arasındakı dil və mədəniyyət yaxınlığı var. Ölkənizə səfərim məhsuldar keçdi. İyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edildi və tədbirdə “Gənc qırğız şeiri antologiyası” təqdim olundu. Eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB