““Nəsimi ili”nin bu il keçirilməsinin xüsusi əhəmiyyəti var” - MÖVQE
Mədəniyyət Nazirliyinin hər il Mətbuat Günü ərəfəsində müsabiqə keçirməsi ənənəvi hal alıb. SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbürfəs Qarayev jurnalistlərlə görüşdə bildirib.
Nazir qeyd edib ki, builki təqdimat keçən illərdəkindən fərqlənir, çünki böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr olunub: “Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri ilin sonuna kimi davam edəcək”.
Nazir qeyd edib ki, “Nəsimi ili”nin bu il keçirilməsinin xüsusi əhəmiyyəti var: “İki gün sonra biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Hamımıza məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz əcdadlarına qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malik xalqıq. Bax mən buna görə bu tədbiri əlamətdar hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB