"UNESCO-nun bu qərarı Azərbaycana münasibətin göstəricisidir" - ÖZƏL- MÜNASİBƏT

"UNESCO-nun bu qərarı Azərbaycana münasibətin göstəricisidir" - ÖZƏL- MÜNASİBƏT

"Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, milli özünüdərk, musiqimiz, muğamlarımız xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün naliyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Bu baxımdan bizim tarixi mədəniyyət abidələrimizdən olan Şəki Xan Sarayının UNESCO təfəindən qiymətləndirilməsi Azərbaycan xalqı üçün böyük ugurdur". SİA-nın məlumatına görə, bu fikirləri Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, yazıçı-publisist Gülşən Behbud deyib.

Birlik sədri əlavə edib ki, Prezdentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə xalqımızın inkişafında, tanınmasında, beynəlxalq aləmdə nüfuz sahibi, söz sahibi olmasındakı xüsusi rolu hər birimizə bəllidir: "Son illərdə Azərbaycana gələn xarici qonaqlar və turizmin ikişafı belə sevindirici addımların nəticəsidir. Təbii ki, UNESCO-nun bu qərarı Azərbaycana münasibətin göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə