“Bu irsin milli səviyyədə mühafizə edilməsinə xüsusi diqqət gördüm” - Münasibət
“Azərbaycan ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu işə mühüm töhfələr verir. Azərbaycan bu sahədə gözəl təcrübəyə malikdir”. SİA-nın məlumatına görə, bu fikirləri
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Lüksemburqun UNESKO üzrə Milli Komissiyasının baş katibi Katerin Deker söyləyib.
Qonaq qeyd edib ki, UNESKO-nun bu tədbiri ümumbəşəri dəyərə malik tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. “2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın bu işə töhfəsini göstərir. Azərbaycan, eyni zamanda, zəngin tarixə və mədəniyyətə malikdir. Burada olduğum müddətdə Yanardağ qoruğu, Xalça Muzeyi, Atəşgah məbədində oldum. Ölkənizin qədim tarixə malik olması barədə məlumatlı olsam da, bu irsin milli səviyyədə mühafizə edilməsinə xüsusi diqqət gördüm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB