“Xalça muzeyi ilə Luvr muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir“

“Xalça muzeyi ilə Luvr muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir“

İyulun 3-dən sentyabrın 30-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub. SİA-nın məlumatına görə, dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş edilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Xalça muzeyi ilə Luvr muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanın tarixi ilə əşyaları təhlil edək. Nəticədə isə xarici ölkələrin muzeylərində Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyaların olduğunun şahidi oluruq.

Nazir qeyd edib ki, Xalça muzeyində Luvrda saxlanılan üç Azərbaycan xalçası nümayiş olunur: “Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqının aid olan bu xalçaların saxlanması faktı mövcudddur. Mərasimə gələn nüfuzlu qonaqların qarşısına bu faktı qoymaqla mədəniyyətimizi nümayiş etdiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə