"Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin yüksək səviyyədə təşkilində öz sözünü demiş ölkədir"
UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, irs üzrə tanınmış mütəxəssislər iştirak edir. Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 2-də Şimali Makedoniyanın Portfelsiz Hökumət naziri Edmond Ademi ilə görüşüb.
Əbülfəs Qarayev Şimali Makedoniyanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, bu, Şimali Makedoniya tərəfinin ölkəsində olan mədəni irs nümunələrinə verdiyi dəyərin bariz nümunəsidir. Nazir iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə geniş potensialın olduğunu diqqətə çatdırıb.
Edmond Ademi öz növbəsində Azərbaycanın Ümumdünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Qeyd etdi ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin yüksək səviyyədə təşkilində öz sözünü demiş ölkədir.
Qonaq, həmçinin Şimali Makedoniya ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESKO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirib. Söyləyib ki, ölkəsi bu sessiyadan da Şimali Makedoniya üçün uğurlu nəticələr gözləyir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB