“UNESKO-nun Bakı sessiyası” çox yüksək səviyyədə təşkil olunub"
“Mən Bakıda keçirilən bu gözəl təşkilatçılığı xatırlayacağam. Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etməsi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsin qorunması və təbliğinə, eləcə də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu sübut edir”. SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Mərkəzi Amerikanın Karib hövzəsində yerləşən Sent Kits və Nevis ada dövlətinin UNESKO-dakı səfiri Devid Doyle deyib.
O, əlavə edib ki, gözəl Bakı şəhərini gəzdim, onun zəngin tarixi və mədəni abidələri ilə yaxından tanış oldum: “Sessiyalardakı müzakirələr UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının icrasının təkmilləşdirilməsi və iştirakçı dövlətlər tərəfindən yeni tarixi və mədəni abidələrin Ümumdünya İrs siyahısına daxil olunması üçün təkliflərin irəli sürülməsi baxımından əhəmiyyətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB