Ermənilər tanınmış rus yazıçısına təzyiqlər edirlər

Ermənilər tanınmış rus yazıçısına təzyiqlər edirlər

Rusiya Jurnalistlər İttifaqı mükafatının laureatı, millətlərarası münaqişələr və antiterror fəaliyyəti üzrə ekspert, yazıçı Yevgeni Mixaylova ermənilər təzyiq edirlər. Yazıçı Bakıda olarkən jurnalistlərə bildirib ki, bir qrup erməni ona ciddi təqziqlər edir. SİA-nın məlumatına görə, buna səbəb yazıçının Qarabağ həqiqətləri barədə kitab yazması olub.

Uzun illər antiterror fəaliyyətindən, erməni separatçılığından yazan Yevgeni Mixaylov deyib ki, “SSRİ xüsusi təyinatlısı necə türk dünyasının qəhrəmanı oldu” əsəri beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkarı, Türkiyə və Fransa diplomatlarını qətlə yetirmiş Monte Melkonyanı məhv edə bilmiş azərbaycanlı hərbi qulluqçunun qəhrəmanlığına həsr olunub.

Müəllif qeyd edib ki, erməni lobbisinin güclü təzyiqi altında işləməli olub. Azərbaycan tarixinin bu faciəli dövrü Rusiya mətbuatında az işıqlandırılıb və o illər haqqında əsl həqiqətlər indi-indi üzə çıxır.

Müstəqil Azərbaycanın təşəkkül tapdığı dövrdə dünyanın hər yerindən xüsusi hazırlıq keçmiş erməni silahlıları Dağlıq Qarabağa axışıb. Onlardan ən mənfuru başkəsən Monte Melkonyan sayılırdı. Yevgeni Mixaylov öz kitabında erməni terrorçularının liderinin kim tərəfindən məhv edildiyini və bu qəhrəmanlığın nəyin hesabına başa gəldiyini sadə formada rusiyalılara çatdırmağa çalışıb: "Mayın 7-də Moskvada kitabın təqdimatı keçirilib. Ertəsi gün ermənilər kitabın müəllifindən məhkəməyə şikayət ediblər. Bu hadisələr barədə susmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə