"Azərbaycandan 9 nominasiya üzrə 14 kitab təqdim olunub" - Açıqlama
" Kitab sənəti üzrə belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq haldır. Bu cür müsabiqələr kitab çapı sahəsində təcrübə mübadiləsinə də müsbət təsir göstərir. MDB-nin dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının 2018-ci il, noyabrın 28-29-də Düşənbədə keçirilmiş iclasında 2019-cu ildə Azərbaycanın Şuraya sədrliyi haqqında qərar qəbul edilib". Bu sözləri mətbuata açıqlamasında Milli Kitabxananın direktoru Kərim Tahirov deyib. O, əlavə edib ki, sədrlik çərçivəsində XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası Bakıda keçirilir. "İclasda iştirak etmək üçün Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan nümayəndələr gəlib. Budəfəki müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunub".
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və Türkmənistanın nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün yarışır. Ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB