"Jurnalın növbəti sayı istedadlı uşaqlara həsr olunacaq"

"Jurnalın növbəti sayı istedadlı uşaqlara həsr olunacaq"

"Sport Time" jurnalı artıq 4 ildir fəaliyyət göstərir. Dərgimizin əsas məqsədi dövlətimizin idman siyasətinə xidmət göstərmək olub. Jurnalın nömrələrində təkcə idman sahəsinə aid deyil, həmçinin, diğər maraqlı sahələrə də yer ayrılıb. Azərbaycanda istedadlı insanlar olduqca çoxdur. Onlar arasında uşaqlar, yeniyetmələr və gənclər çoxluq təşkil edir. Jurnalın növbəti sayı həmin uşaqlardan bəhs edəcək".

Bu sözləri SİA-ya açıqlamasında "Sport Time" jurnalının baş redaktoru, şair-publisist Jalə Rzabəyli bildirib. Onun sözlərinə görə, dərgidə müxtəlif sahələrdə istedad sahibi olan uşaqlar barədə məqalələr, fotolar yer alacaq. Bundan başqa, dərgidə valideynlər və uşaqlar üçün faydalı olan psixoloji məqalələr, həkim məsləhəti, düzgün qidalanma proqramı və s. maraqlı yazılar yer alacaq.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə