"Kitab oxuyanlar başqalarını daha yaxşı anlayır" - Psixoloq rəyi

"Kitab oxuyanlar başqalarını daha yaxşı anlayır" - Psixoloq rəyi

"Kanadadakı York Universtetinin alimi, psixoloq Raymond Mar və Toronto Universitetində çalışan Keith Oatley öz araşdırmalarında bu qənaətə gəliblər ki, roman oxuyan insanlar başqalarının dərdini daha yaxşı anlayır, onların dərdinə şərik olur". Bu fikirləri SİA-ya açıqlamsında gənc psixoloq Taleh Məmmədli bildirib.

O, deyib ki, kitab oxuyanlar başqalarının düşüncə tərzinə, maraqlarına və inanclarına hörmətlə yanaşır, onları daha yaxşı anlayırlar: "Kitab oxuyan insanlar daha yaxşı insanlardırlar. Kitab oxuyaraq onlar başqalarının həyatına yazıçının abstrakt təhkiyəsi prizmasından baxırlar. Bu onlara imkan verir ki, minlərlə başqa insanın, yəni obrazların kimliyinə bürünüb yaşasın, onların səhvlərindən öyrənsin, müdrikliyindən bəhrələnsin. Kişidirsə qadın olmağın nə demək olduğunu anlasın, qadındırsa, kişinin düşüncə tərzindən, psixologiyasından xəbərdar olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə