Rusiyalı aktyor “Yeddi gözəl”də Bəhram şah obrazını canlandıracaq- FOTO

Rusiyalı aktyor “Yeddi gözəl”də Bəhram şah obrazını canlandıracaq- FOTO

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Həmin tamaşada Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti, Sankt-Peterburqun "Qızıl sofit" ali teatr mükafatının qalibi Mixail Lobuxin ifa edəcək. Rus baletinin tanınmış ulduzlarından olan M.Lobuxinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən "Yeddi gözəl" baletinin tamaşasında iştirak etmək üçün dəvət olunması, bütünlükdə tamaşanın və əsas partiyalardan biri olan Bəhram şah rolunun bədii-professional səviyyəsini daha da yüksəltmək zərurətindən irəli gəlir.

Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun "Don Kixot" baletinin tamaşasında çıxış edib və öz yüksək professional çıxışı ilə tamaşaçıların yaddaşına parlaq və unudulmaz iz buraxıb.

M.Lobuxin Bəhram şah rolunu həm də fevralın 21-də balet truppamızın Böyük Teatrın səhnəsindəki çıxışı zamanı da ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə