“Nəsimi eşqi” - TAMAŞA

Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə hazırlanan “Nəsimi eşqi” adlı poetik xalq tamaşası hərbi hissələrdə təqdim edilir.Teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. İmaməddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları çıxış edir.

SİA-nın məlumatına görə, "N" saylı hərbi hissədə təqdim olunan tamaşa zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb. Tamaşanın Ağcabədi, Bərdə və Füzuli rayonlarının ərazilərindəki hərbi hissələrdə də nümayiş etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə