Vaşinqtonda azərbaycanlı rəssamın sərgisi təşkil edib

Vaşinqtonda azərbaycanlı rəssamın sərgisi təşkil edib

Yanvarın 26-da Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu sərgi salonu sayılan Edison Qalereya Salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı olan Abol Bahadorinın "Bölünmüş rənglər" adlı sərgisini təşkil edib.

Fonddan SİA-ya verilən xəbərə görə, Abol Bahadori Təbriz şəhərində doğulub və evində olan rəngli xalçalardan ilham alıb. Onun atası Azərbaycanın Qarabağ bölgəsindən üçüncü nəsil köçkün olub və Azərbaycan Türkmənçay müqaviləsinin nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə birgə İrana köçüb. Abol Bahadori incəsənət üzrə öz ana şəhəri Təbrizdə oxuyub və daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirib. O sonralar mücərrəd incəsənəti Jon Blee, Beverley Ryan, və Adam Lister ilə öyrənmişdir. O Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İskəndər İncəsənət Liqası və Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür və Şimali Virginiya-da öz qaleriyalarını aktiv nümayiş etdirib. Bu Vaşinqton, şəhərində Abolun ilk fərdi sərgisidir.

Sərginin açılışında çıxış edən rəssam Abol Bahadori bildirib ki, Azərbaycan landşaftının parlaq rəngləri ona təbii olaraq gəlib. Azərbaycanın bölünməsi həmişə mənim şüurumdadır və çalışıram ki, bütün bunları parlaq rənglər ilə ifadə edəm. Mən boyanı daha parlaq etməyi bacarsaydım, onu da edərdim. Sərgidə Vaşinqton şəhərinin mədəniyyət təşkilatlarının, ABŞ-da yaşayan azərbaycan icmasının nümayəndələri iştirak edib öz təssüratlarını paylaşıblar.

Daha sonra tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafət ilə davam edib. Qeyd edək ki, bu sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna ianə edilib. Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir.

Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə