"Forumda 35 beynəlxalqa təşkilat, 100-dən çox ölkə nümayəndəsi iştirak edəcək" - AÇIQLAMA
" 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib". Bu sözləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə olan iclas zamanı mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
SİA-nın məlumatına görə, nazir əlavə edib ki,ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib: "Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq. Ümumilikdə bu beynəlxalq statuslu forumda 35 beynəlxalqa təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr iştirak edəcək. Hazırda foruma qeydiyyat davam edir. Forumda bir çox ölkələr xarici işlər, mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Bu beynəlxalq tədbirin mövzusu UNESCO tərəfindən təsdiqlənib və dünya üçün aktualdır. Panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB