Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) menecment kafedrasının müəllimi Fuad Cabbarov aprelin 14 –dən 20 –dək Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində ali təhsil müəssisəsi tərəfindən tərəfdaş universitetə- Bolqarıstan Respublikasının Sviştov şəhərindəki D.A.Tsenov adına İqtisadiyyat Akademiyasına ezam olunub. SİA-nın məlumatına görə, F.Cabbarov yuxarıda adıçəkilən proqram üzrə “Korporativ idarəetmə” fənnini tədris edib.
Eyni zamanda D.A.Tsenov adına İqtisadiyyat Akademiyasının menecment kafedrasının müəllimlər ilə müvafiq fənnlərin tədrisinə dair fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB