Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tərcümə olunduğu dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək mütəfəkkir Nizaminin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr olsa da, hələ ki, slovak dilində şairin əsərləri geniş həcmdə oxuculara təqdim edilməmişdi. SİA-nın məlumatına görə, bu günlərdə Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib.
Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın məşhur “İkar” nəşr evi tərəfindən buraxılmış bu kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər də daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. “Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görən kitab, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB