Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində şair Şahin Musaoğlu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşü universitetin müəlliməsi Səadət Abdullayeva açaraq tədbir iştirakçılarına Şahin Musaoğlunun yaradıcılığı barədə məlumat verib.
S.Abdullayeva bildirib ki, Şahin Musaoğlu ziyalı ailədə dünyaya göz açıb. O, həkim olmaqla yanaşı, eyni zamanda vətənpərvər insan, yaxşı şair və bəstəkardır.
Daha sonra söz Şahin Musaoğluna verilib. O, vətənpərvərlik ruhunda yazılan şeirlərindən və bu ay ölkəmizin tarixində mühüm rol oynayan aprel döyüşlərindən bəhs edib.
Daha sonra tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib, vətənpərvərlik rununu əks etdirən şerlər və mahnılar ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB