"Azərbaycan dövlətinin mədəniyyətə böyük qayğısı var" - MÜNASİBƏT
“Azərbaycan dövlətinin mədəniyyətə böyük qayğısı var. Ölkəmizin istedadlı rəssamları bu qayğıdan, diqqətdən qaynaqlanaraq Azərbaycan mədəniyyətini dünyada tanıdırlar”. SİA-nın məlumatına görə, bu sözləri azərbaycanlı rəssam Vüqar Muradov bildirib.
Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun Londonda fərdi sərgisi açılacaq. Artıq sərginin keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. 1989-cu ildən xaricdə - Vaşinqton, Tehran, Moskva, Paris, Lüksemburq və başqa ölkələrdə sərgilərinin açıldığını söyləyən rəssam Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində işlərini davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB