Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq konfransla əlaqədar aprelin 16-da İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı tədbir-sərgi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universitetinin tələbələri və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək əl işi nümayiş olunacaq.
Sərgi aprelin 18-dək ziyarətçilərin üzünə açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB