Bitki çayları ilə müalicə qədim zamanlardan bəri insanlara kömək edən, xəstəlikləri sağaldan metodlardandır. Bu gün dünya əhalisinin əksəriyyəti artıq çəkidən, piylənmədən əziyyət çəkir. Araşdırmalar göstərir ki, Amerika Birləşmiş Ştatlarında hər dörd adamdan biri kökdür. Belə insanlar arıqlamaq üçün çoxlu pul xərcləyirlər. Arıqlamaq üçün insanlar müxtəlif yollara əl atsalar da bunun ən düzgün yolu idmanla məşğul olmaq, düzgün qidalanmaq və həzmi sürətləndirən məhsullardan, bitki çaylarından istifadə etməkdir. Artıq çəkidən tez bir zamanda can qurtarmaq orqanizm üçün olduqca ziyandır. Düzgün qidalanmağa riayət etməklə köklükdən azad olmaq mümkündür. Bu üsulların ən təsirli sayılanlarından biri bitki çayları ilə arıqlamaqdır. Bir vaxtlar Şərq ölkələrində , Çində, Yaponiyada, Hindistanda sağlamlıq məqsədi ilə geniş istifadə olunan bitki çaylarına indi dünyanın hər yerində müraciət edirlər. Belə çaylar bədənin müqavimətini gücləndirməklə yanaşı, həm də bir çox xəstəliklərin sağalmasına kömək edir. Bəzi çaylar isə arıqlamağa olduqca yaxşı kömək edir. Arıqlamaq üçün istifadə edilən bitkilərin komponentini dəqiq bilmək lazımdır. Ona görə də bu məsələdə mütəxəssislərin məsləhətinə qulaq asmaq lazımdır. Məsələn, təzyiqi aşağı olanlara itburnu çayını məsləhət görsəniz, başgicəllənməsinə səbəb ola bilər. Arıqlamağa kömək edən caylar aşağıdakılardır...
Yaşıl çay
Yaşıl çay,kəklikotu, funda kolunun yarpağı (süpürgə otu), bibəriyə və adaçayından hazırlanmış çay düzgün qəbul olunarsa, insan ay ərzində 5-6 kilo arıqlaya bilər. Ümumi kütləsi iki yemək qaşığı olan bu qarışığı 1 litr qaynar suda dəmləmək (20dəq), alınan çayı gün ərzində içmək lazımdır.
Zəncəfil çayı
Həzm sistemini yaxşılaşdıran, arıqlamağa kömək edən güclü təsirlərdən biri də zəncəfildir. Bu müalicəvi bitkini üyüdülmüş və çiy (zəncəfil kökü) şəkildə istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bitki iltihabəleyhinə, antibakterial, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Zəncəfil insanın mədə-bağırsaq sisteminə müsbət təsir edir, mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyə kömək edir, ödqovucu təsir göstərir. Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə prosesini sürətləndirir. Zəncəfil çayını belə hazırlayın: orta ölçüdə olan zəncəfil kökünü təmizləyin, xırda ölçüdə doğrayın və axşamdan termosda dəmləyin. Gün ərzində adı çay kimi qəbul edin. Çayın dadını yaxşılaşdırmaq üçün 1/2 çay qaşığı bal və 1 dilim limon əlavə etmək olar. Bu çay aclıq hissini azaldır və mübadilə prosesini sürətləndirir. Nəticədə insan tez və rahat arıqlayır.
Cəfəri çayı
Arıqlamağa kömək edən diğər bitki isə cəfəridir. Cəfəri maddələr mübadiləsini sürətləndirir, bədənin su yığmasına mane olur. Cəfərini çiy yemək, çayını içmək arıqlamanıza kömək edir. Yağ toxumaları əridən bu bitki eyni zaman sidik qovucu xüsusiyyətə malikdır . Lakin bu bitkinin 10 gündən çox istifadə edilməsi məsləhət görülmür.
Adaçayı
Adaçayı Adaçayı bitkisi də arıqlamaq üçün yaxşı vasitələrdən biridir. Daha çox Aralıq dənizi bölgəsində yetişən bu bitki mədə və bağırsaq qazlarını aradan qaldırır, mədə bulantısını kəsir. Həzm sisteminin işini təmin edir, boğaz, badamcıq və dişəti iltihaplarını aradan qaldırır. Çay gündə 3 fincanından çox içilməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB