Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi “N” saylı hərbi hissənin əsgərləri qarşısında “Qanlı tariximiz, şanlı tariximiz” ədəbi-bədii proqramla çıxış edıb. Tədbir çərçivəsində S. Vurğun adına Mərkəzi Kitabxananın tərtib etdiyi ədəbiyyat və dövrü mətbuat materiallarını əks etdirən sərgi nümayiş olunub. SİA-nın məluatına görə, Sumqayıt regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən mədəniyyət ocağının təqdim etdiyi proqram Aprel döyüşlərində zabit və əsgərlərimizin göstərdiyi şücaət, igidlik və rəşadəti təbliğ etmək məqsədi ilə təşkil olunub. Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvlərini tərifindən “Ana və əsgər” kompozisiyası nümayiş olunub, mövzu ilə əlaqədar çıxışlar dinlənilib.
Sonra Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında vətənpərvərlik ruhunda yazılmış şeir və mahnılar səsləndirilib. Konsert zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB