Azərbaycan və Gürcüstanın teatr əlaqələri güclənir

Azərbaycan və Gürcüstanın teatr əlaqələri güclənir

Xəbər verdiyimiz kimi, 2018-ci il,noyabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Gürcüstan Teatr Cəmiyyəti arasında imzalanmış mədəni əlaqələrin inkişafına dair Memorandum çərçivəsində aprelin 5-də Gəncə Dövlət Dram Teatrı və Ozurqeti Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanıb. SİA-nın məlumatına görə, tədbiri açan ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov son illər göstərilən dövlət qayğısı nəticəsində Azərbaycanda teatr sənətinin yeni səviyyəyə yüksəldiyini, teatrlarımızın qastrollara getdiyini, böyük festivallarda iştirak etdiyini, beynəlxalq əlaqələrin gücləndiyini qeyd edib.

Ozurqeti Dövlət Dram Teatrının bədii rəhbəri Vasili Çikoqidze diqqətə çatdırıb ki, Gürcüstanda Azərbaycanın teatr sənətinə böyük maraq var. Onun sözlərinə görə, Nodar Dumbadze adına Beynəlxalq Festivalda Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi “Helados” tamaşası Gürcüstan tamaşaçısında xüsusi təəssürat yaradıb. Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov Ozurqeti Dövlət Dram Teatrını Gəncədə görməkdən həmişə şad olduqlarını söyləyib. O, daimi diqqət və qayğıya görə ATXİ rəhbərliyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə