“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” - ANONS

“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” - ANONS

Aprelin 4-də Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən ölkəmizdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə