Bu gün Bakıda səkkizinci İslam Dünyası Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinə başlanılıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) reallaşan müsabiqə ISESCO, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Xarici İşlər nazirliklərinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilir. SİA-nın məlumatına görə, müsabiqədə Misir, Türkiyə, Mərakeş, İran, Başqırdıstan, Özbəkistan, Qazaxıstan,Tacikistan və Azərbaycandan yaşı 20-dək olan klassik musiqi ifaçıları iştirak edirlər.
Müsabiqənin Azərbaycan üzrə seçim turları aprelin 2-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB