"Yeni monaqrafiyam Nəsimiyə həsr olunub"

"Yeni monaqrafiyam Nəsimiyə həsr olunub"

Ölkə başçısının müvafiq sərəncamlarının icrasını təmin etmək məqsədilə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyanı hazırlayıb. SİA-nın məlumatına görə, monoqrafiya “Ön söz”, “Nəsimi Şirvani haqqında”, “Nəsiminin gəzdiyi coğrafiya”, “Nəsimi şeirinin qaynaqları”, “Hürufiliyin mənbəyi və təzahürü”, “Sakral rituallar”, “Nəsimi yaradıcılığı”, “Nəsimi şeirinin ecazı” və s. bölmələrdən ibarətdir.

Orta əsrlər üzrə mütəxəssis olan Firudin Qurbansoyun qələmə aldığı monoqrafiya elmdə yeni sözdür və AMEA-nın Ədəbiyyat İnstitunda müzakirə edilmiş və nəşrə tövsiyə edilmişdir. Müəllif bildirib ki, əsərin elmi redaktoru filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Fəridə Əzizova, elmi məsləhətçilər akademik Vasim Məmmədəliyev və İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə