Əbülfəs Qarayev: “Akademik Milli Dram Teatrında müsabiqənin keçirilməməsi ədalətli qərardır”
"Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan müsabiqənin ləğv olunması tamamilə məntiqli və apardığımız islahatlara tam uyğun olan bir addımdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir bildirib ki, biz ilk öncə bütün işçi heyətini ştatdan çıxartdıq: "Bu gün heç kim deyə bilməz ki, mən ömürlük Milli Dram Teatrının aktyoruyam. Bu il onların hər biri üçün sınaq ilidir".
Əbülfəs Qarayev onu da qeyd edib ki, müsabiqənin keçirilməməsi ədalətli qərardır: "Bütün aktyorlar bir illik müqavilə üsuluna keçiriliblər. Yəni, onlar bir il müddətində teatrda öz bacarıqlarını, istedadlarını sübut etməlidir. Bir ildən sonra kim teatra lazım olsa, onunla müqavilənin müddəti uzadılacaq".
Milli Dram Teatrında baş rejissor, ikinci rejissor anlayışının olmayacağını söyləyən Ə. Qarayev bütün rejissorların müqavilə ilə fəaliyyət göstərəcəyini bir daha vurğulayıb: "Rejissorlar əsərləri müqavilənin şərtlərinə uyğun olaraq səhnələşdirəcəklər. Bunun özü də artıq islahatdır. Çünki bununla rejissorların maddi imkanları artır, digər tərəfdən də onlara bu rəqabətə dözmək, daha maraqlı tamaşalar yaratmağa şərait yaradılır. Biz inqilabçı deyilik. Bu islahatları davamlı, təyinatlı və məqsədli düşünürük. Bu bir il müddətində yeni strukturda çalışacaq teatr artıq yeni şəraitə uyğunlaşacaq, bərabər, ədalətli şərtlərlə öz fəaliyyətlərini davam etdirmək şansı qazanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB