“Nəsimi ili”nə həsr olunan “Sevginin kölgəsi” - SƏRGİ

“Nəsimi ili”nə həsr olunan “Sevginin kölgəsi” - SƏRGİ

“Ağ Şəhər”də yerləşən “White Gallery”də gənc rəssam Çinarə Quliyevanın “Sevginin kölgəsi” adlı rəsm sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, İmadəddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzuları əks etdirən rəsm əsərlərinə geniş yer verilib.

“Nəsimi ili” çərçivəsində reallaşan sərginin açılmasında məqsəd böyük mütəfəkkirin irsini gənclər arasında təbliğ etməkdir. Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digərləri çıxış edərək sərginin əhəmiyyətindən söz açıb, təqdim olunan əsərlərin mükəmməlliyindən bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə