“Muğamat var olan yerdə” - KONSERT

“Muğamat var olan yerdə” - KONSERT

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, layihə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsidir. Qeyd edək ki, konsertdə tanınmış gənc xanəndələr tərəfindən xalq , bəstəkar mahnıları və muğamlar ifa olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi muğam sənətini, aşıq musiqisini, dastanları, xalq mahnılarını və təsnifləri nəsildən - nəslə ötürmək məqsədi ilə bir çox layihələr həyata keçirir. “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar”, “Dastan gecələri”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir” və digər layihələr mütəmadi olaraq davam etditilir.

Bütün xəbərlər Facebook səhifəmizdə