Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü olub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Bununla əlaqədar olaraq, bu gün M.F.Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirib.
SİA-nın məlumatına görə, nazir mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Nazir bildirib ki, bu günlərdə Prezidentin mədəniyyət nümayəndələri ilə olan görüşü içtmaiyyətdə və mətbuatda geniş müzakirə olunub və görüş maraqla qarşılanıb: "Cənab Prezident mədəniyyət sahəsində üzləşilən problemlərin həlli istiqamətində Sərəncamlar verir, bu sahəyə daim nəzarət edir. Ölkə rəhbərinin xüsusi tapşırıqlarından biri də odur ki, mədəniyyət sahəsində bütün işlər sistemli şəkildə aparılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB