Anarın “Gözmuncuğu” özbək dilində - NƏŞR

Anarın “Gözmuncuğu” özbək dilində - NƏŞR

Xalq yazıçısı Anar müasir Azərbaycan yazıçıları arasında Özbəkistanda ən çox tanınan qələm adamlarındandır. Bu günlərdə Daşkənddəki “Zamin nashr” nəşriyyatının Azərbaycanın Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabını özbək dilində çap etməsi də bu populyarlığın göstəricisidir. SİA-nın məlumatına görə, kitabı özbək dilinə Babaxan Məhəmməd Şərif tərçümə edib. Qeyd edək ki, kitaba yazıçının eyniadlı povesti də daxil edilib.

Məlumat üçün bildirək ki, Daşkənddə Anarın “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları da işıq üzü görüb və yüksək tirajla satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə