Braziliyanın ənənəvi karnavalı başlayıb

Braziliyanın ənənəvi karnavalı başlayıb

Braziliyada ənənəvi karnaval start götürüb. SİA-nın məlumatına görə, ümumxalq bayramında ölkənin, demək olar, bütün sakinləri iştirak edirlər. Lakin ən irimiqyaslı və rəngarəng bayram tədbirləri Braziliyanın mədəni paytaxtında - Rio-de-Janeyroda keçirilir.

Bu günlər Braziliyaya milyonlarla xarici turist axışır. Samba məktəbinin müsabiqə-paradı karnavalın mərkəzi hadisəsidir. Rəsmi açılış mərasimindən xeyli əvvəl şəhərin prospekt, bulvar və meydanlarında maskarad-parad başlayır. Bu yürüşü “küçə karnavalı” da adlandırırlar. Arzu edən hər kəs küçə şənliklərinə qatıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə