Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. İştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxıblar. Teatrın bədii rəhbər - direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrı və kinosunun inkişafında xidmətlərinə nəzər salıb.
Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın kinodakı uğurlarından söz açıb. Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.
Sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.
Tədbirdən sonra qonaqlar teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşasına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB