Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bir qrup əməkdaşı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində olub. SİA-nın məlumatına görə, muzeyin direktoru Sevinc Mikayılova rəhbərlik etdiyi qurumun yaranma tarixi, ekspozisiyası, zalları, nadir eksponatları haqqında geniş məlumat verib. Bildirib ki, muzeyə hər gün məktəblilər, tələbələr, ziyalılar gəlir, əməkdaşlar tərəfindən bütün eksponatlarla yaxından tanış olurlar.
Muzeyin əməkdaşları Azərbaycan teatrının inkişafında rolu olan ədəbiyyat xadimlərinin bu sahədə xüsusi rolunu nümayiş etdirən bütün eksponatları təqdim etməklə yanaşı, kitabxananın əməkdaşlarının suallarını da cavablandırıblar. Muzeydə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş guşə maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB