"Müsyo Jordan" vəfat etdi

Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib. SİA-nın məlumatına görə, 83 yaşında dünyasını dəyişən aktyorun ölüm xəbərini çalışdığı teatrdan yayıblar. Qızı atasının uzun müddətdir xəstə olduğunu bildirib.

Sergey Azərbaycan tamaşaçısına da yad sima olmayıb. Belə ki, o, məşhur "Dərviş Parisi partladır" filmində Müsyo Jordan obrazını canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə