V Buktreyler Festivalına start verilib

Azərbaycanda bir neçə ildir ki, Buktreyler Festivalı təsis edimiş və artıq dördüncü ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir. Təsadüfi deyildir ki, 2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən ilə artmaqdadır.

Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər hər il tərkibi dəyişilən və Əməkdar, Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir. Hər il olduğu kimi bu il də Festival cənab nazir Əbülfəs Qarayevin diqqətindən kənar qalmamışdır və Mədəniyyət Nazirliyi festivalın dəstəkçilərindəndir.

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə mobil operator Azercell şirkətidir. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsinbdə və ya https://www.facebook.com/BooktrailerFest/ Facebookdan əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

Buktreylerlərin son qəbul tarixi: 1 aprel.

Bütün xəbərlər Facebook səhifəmizdə