Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
2019-cu il 30 iyun–10 iyul tarixində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili. Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması. Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması. Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi.
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub; QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili; Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar; Tədbirin keçiriləcəyi yer və tarix; Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə); Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB