"4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım?" - Açıqlama
Dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin dediyi bu sözlər sosial şəbəkələrdə maraqla qarşılanıb. Çingiz Abdullayev bildirib ki, əgər mən 4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım?
"Bu gün bir nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, necə edim. Onun 4 uşağı var və həyat yoldaşı hamilədir. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma əmrə qol qoya bilmədim. Bizim məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandır. Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır. Əmri imzalamadım, imzalamayacağam da... 4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım?",- deyə yazıçı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB