“YARAT” Müasir İncəsənət Mərkəzində “Ədəbiyyat klubu” çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə görüş təşkil ediləcək. Görüş fevral ayının 3-də keçiriləcək. Məlumat üçün bildirək ki, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı uşaqlar üçün çoxsaylı fantastik povestlərin, elmi-kütləvi kitabların müəllifidir. SİA-nın məlumatına görə, tədbirdə yazıçının "Dostum Mimi" adlı kitabı da təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün müəllif tərəfindən hazırlanmış xüsusi interaktiv proqram keçiriləcək. Tədbirdə aktivliyi ilə seçilənlər hədiyyə əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB