Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq. SİA-nın məlumatına görə, quruluşçu baletmeysteri ukraynalı xoreqraf Georgi Kovtun olan səhnə əsərinin xronometrajı 35 dəqiqədir. Baletdə Romea obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq.
Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək. Bundan başqa, həmin gün “Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti nümayiş olunacaq.
Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB