Ankarada Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq- FOTO

Ankarada Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq- FOTO
Yanvarın 13 və 14-də Ankara Opera və Balet Teatrında xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, Türkiyədə oynanılacaq əsər Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib. Baletdə klassik simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi diqqəti cəlb edir. Baletin librettosunun müəllifi və xoreoqrafı Nadejda Malıgina, orkestrin rəhbəri Pavel Kliniçevdir.

Məlumat üçün bildirək ki, tamaşa TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, ilk dəfə 2005-ci ildə səhnəyə qoyulan baletin librettosu "Dədə Qorqud" dastanının motivləri əsasında yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə