Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüş yanvarın 15-də, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində olacaq.
Məlumat üçün bildirək ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq görüşdə görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB