“East or West" qrupu musiqisevərləri konsert axşamına dəvət edir
YARAT Müasir İncəsənət Məkanı musiqisevərləri "Freestyle" proqramı çərçivəsində “East or West" qrupunun musiqili axşamına dəvət edir. Qeyd edək ki, “East or West” musiqi qrupu 2011-ci ildən fəaliyyətdədir. SİA-nın verdiyi məlumata görə, qrupun məqsədi milli alətlərimizi (tar, kamança və qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq, eyni zamanda ölkə xaricində milli alətlərimizi təbliğ etməkdir.
Məlumat üçün bildirək ki, qrup fəaliyyəti dövründə bir neçə konsertlər və festivallarda iştirak etmişdir. 2012-ci ildə Türkiyənin Yalova şəhərində keçirilən ənənəvi “Uluslararası halk dansları ve müzik” festivalında “Altın Karanfil” mükafatı və ölkəmizdə “İlin Ən Sevilən Yaradıcı Musiqi Qrupu” naminasiyasi üzrə “Odlar Yurdu Milli Mükafatı”na layiq görülən qrup ötən il Heydər Əliyev Mərkəzində canlı konsert proqramı və ADA universitetinin dəvəti ilə dünya ölkələrinin universitet rektorlarının qatıldıgı CAMCA 2018 Baku Formunda çıxış etmişdir.
Konsert 11 yanvar, saat 19-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB