Görkəmli Azərbaycan rəssamı “Yüksək ideyalar yolunda“

Görkəmli Azərbaycan rəssamı “Yüksək ideyalar yolunda“

Görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq. SİA-nın məlumatına görə, yanvarın 14-də açılacaq sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda var.

Bütün xəbərlər Facebook səhifəmizdə