“Yeddi gözəl” baletinin səhnə həyatından bəhs edən kitab çap olunub FOTOLAR
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş "Балет Кара Караева “Семь красавиц”. История сценической жизни” adlı kitab incəsənət sevərlərin ixtiyarına verilib. SİA-nın görə, məlumatına görə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyeradan günümüzə qədərki səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar, akyorlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, aktyorların və tamaşaların fotoları oxucunun diqqətinə təqdim olunur.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB