Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib. SİA kino mərkəzindən verilən xəbərə görə, dekabrın 12-də Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyət yolu” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

Film, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında lentə alınıb. Ekran əsərinin rejissoru İqbal Məmmədəliyevdir.

Film seansları 12:50 və 16:40-da keçiriləcək.

Seanslara giriş sərbəstdir

Bütün xəbərlər Facebook səhifəmizdə