Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində növbəti sərgi açılıb
Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya bu gün” layihəsi çərçivəsində növbəti sərgi açılıb. Sərgidə moskvalı fotoqraf Dmitri Qujelya öz işlərini təqdim edib. RİMM-nin mətbuat xidmətindən SİA bildiriblər ki, müəllif sərgini “Rusiya haqqında süjetlər” adlandırıb. Ekspozisiyada Rusiya Federasiyasının təbii müxtəlifliyini və zənginliyini parlaq əks etdirən fotolar təqdim olunub.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov sərginin açılışında çıxış edib.
Bakı Slavyan Universitetinin tələbələri sərginin ilk qonaqları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB