Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə layihə əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda tədbir keçirib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Tədbiri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan, teatr sənətinə imzalarını atmış neçə-neçə aktyor nəslinin yetişməsində bu teatrın rolundan danışıb.
Tədbirdə çıxış edən teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi və tərbiyəvi əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, böyük ənənələrə malik bu teatr bütün zamanlarda tərbiyəedici mövqedə olub, repertuar və oynanılan əsərlərin əsasında gənclərin tərbiyə edilməsi məsələsi hər zaman aktual olub. Bu gün də teatr Azərbaycan və dünya klassiklərinin əsərlərini tamaşaya qoyur və gənc nəslin mənəvi-estetik tərbiyəsinə müsbət təsirini göstərməkdədir.
Daha sonra Azərbaycan İctimai-Siyasi Universitetin rektoru, İqtisad Elmləri Doktoru, professor Rasim Nəbiyev çıxış edərək teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərindən danışıb. Rasim Nəbiyev məhz belə mədəniyyət ocağında müntəzəm olaraq birgə layihələrin keçirilməsini tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB