Tofiq Bakıxanovun 80 illik yubileyinə həsr olunan musiqi festivalı keçiriləcək- FOTO

Tofiq Bakıxanovun 80 illik yubileyinə həsr olunan musiqi festivalı keçiriləcək- FOTO
Dekabrın 22-dən 28-dək görkəmli bəstəkar, xalq artisti, "Şöhrət" ordenli Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr olunan musiqi festivalı keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.

Məlumata görə, festivalın açılış mərasimi dekabrın 22-də saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçiriləcək elmi-praktik konfransla baş tutacaq.

Bundan başqa, dekabrın 23-də saat 19.00-da ABİ-nin Üzeyir Hacıbəyli adına Konsert Salonunda Tofiq Bakıxanovun kamera-instrumental əsərlərindən ibarət konsertn keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə